“Qarabağ”ın iki futbolçusu Avroliqanın rəmzi komandasında  - FOTO 
    
                          
     
                         25.10.2019
 
    
                        UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun rəmzi komandası müəyyənləşib.
Xəbər verildiyi kimi, simvolik "11-lik”də "Qarabağ”ın iki futbolçusu da yer alıb.
Dünənki oyunda Ağdam klubunun qollarına imza atan ispaniyalı yarımmüdafiəçi Dani Kintana və braziliyalı sol cinah müdafiəçisi Aylton Silva rəmzi heyətə düşüb.
Qeyd edək ki, Dani Kintana ötən tur da rəmzi heyətdə olub. Amma birdən-birə Azərbaycan komandasından turnirin rəmzi yığmasına iki futbolçunun düşməsi bir ilkdir.