28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev: Bununla fəxr edirəm!

25.10.2019

Azərbaycan insan hüquqları və azadlıqları kimi dəyələrə sadiqdir.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə deyib.
"Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, 1 əsr əvvəl müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulub və qadınlara səsvermə hüququ verilib. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün azadlıqlar, qanunun aliliyi təmin olunur”.
Prezident qeyd edib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib:
"Azərbaycana 270 milyard dollardan artıq sərməyə qoyulub, bunun da yarısı xarici sərmayədir. Ölkəmizin xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik”.