09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Paşinyan parlamentdə: “Əgər Azərbaycan bu haqqı tanısa..."

01.05.2018

Ermənistandakı etiraz hərəkatının lideri, baş nazir postuna namizəd Nikol Paşinyan parlamentdə bu günkü çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyini izah edib. Paşinyan bildirib ki, "Dağlıq Qarabağ xalqının” öz müqəddəratını təyin etmə haqqının həyata keçirilməsi zəruridir. Habelə münaqişə dinc yolla nizamlanmalıdır.
"Bizim üçün Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı vacibdir, bu haqqın reallaşması vacibdir”-Nikol Paşinyan deyib.
Baş nazir postuna namizəd bildirib ki, münaqişənin həllinin kökündə xalqların bərabərhüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. "Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir”-o əlavə edib.
"Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının (Paşinyan qondarma "artsax” kəlməsi işlədir) öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur”-Paşinyan bildirib.