Elman Rüstəmov istefa xəbərindən  danışdı 
    
                          
     
                         25.10.2019
 
    
                        Mərkəzi Bankın sədri Elman Rüstəmov istefa verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, burada MB sədri kimi çıxış edir: "Mən bu postdayam və öz fəaliyyətimi davam etdirirəm. KİV nümayəndələrinə məsləhətim odur ki, rəsmi məlumatlara istinad etsinlər".