05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şok: Ata müalicə üçün yığılan pulu əyləncəyə xərclədi, uşaq isə vəfat etdi

24.10.2019

Braziliyada dəhşətli hadisə baş verib. İki yaşlı Migel Alves onurğa əzələlərinin atrofiyasından ölüb. Belə ki, ata oğlunun müalicəsi üçün yığılan pulun bir hissəsini oğurlayıb və əyləncəyə xərcləyib.
Ata Mateus Alves və anası Karin Rodriqes yeddi aylığından ağır xəstəlik diaqnozu qoyulan oğlunun müalicəsinə 2018-ci ildən bəri pul yığır. Xəstə uşağa lazım olan dərmanın hər dozası 90.5 min dollar (153 min manat) idi. Baha olsa da, bu müalicə xəstəliyin inkişafının qarşısını alırdı. Ailə bir il ərzində sosial şəbəkələrdən təxminən 248 min dollar (400 min manatdan çox) toplaya bilib.
Onlar pulu müxtəlif hissələrə bölərək fərqli bank hesablarına qoyub. Lakin may ayından etibarən ata evə gec gəlməyə və ailəsi ilə maraqlanmamağa başlayıb. Ana bir dəfə hesabdakı puldan böyük məbləğdə çıxarış olduğunu hiss edərək polisə müraciət edib.
37 yaşlı ata lüks hotellərin birində yaxalanıb. Məlum olub ki, o, bir neçə ay ərzində 150 min dollar (255 min manat) xərcləyib. O, bu pulları geyimlərə, narkotikə, fahişələrə və yeməyə sərf edib.
Xəstə uşaq isə maddi yardım almaq üçün dövlətdən dəstək gözləyərkən 17 oktyabrda öz evində ölüb.