03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın ən yaşlı icra başçısı istefaya gedir

24.10.2019

Prezident İlham Əliyevin kadr islahatı və dövlət postlarında gənclərin önə çəkilməsi istiqamətində atdığı addımlar ölkədə yaşlı məmurların istefasını gündəmə gətirdi
Artıq Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də daxil olmaqla yaşlı məmurlar vəzifələrindən uzaqlaşdırılır. Həyata keçirilən kadr islahatları yaşı 70-ci keçmiş icra başçılarının da istefasını aktuallaşdırıb.
Xəbər verildiyi kimi,  Azərbaycanda ən yaşlı məmurlardan biri Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayevdir. 1939-cu ildə anadan olan Ş.Xanbabayevin 80 yaşı var. O, 2004-cü ildən Xaçmaz rayonunun icra başçısı vəzifəsində çalışır.