03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Forbes" açıqladı - Rusiyanın ən varlı qadını

24.10.2019

"Forbes" jurnalı Rusiyanın ən zəngin xanımlarının reytinqini açıqlayıb.
Xəbər verildiyi kimi, Rusiyanın ən zəngin qadını Yelena Baturina seçilib.
Moskva meri Yuri Lujkovun keçmiş arvadının əmlakı 1,2 milyard dollar həcmində hesablanıb.
İkinci yerdə Rusiyanın böyük internet mağazası "Wildberries"in rəhbəri Tatyana Bakalçuk qərarlaşıb.
İlk dəfə reytinqə daxil olan Tatyana Kovalçuk isə 600 milyon dollar dəyərində var-dövləti ilə üçüncü yerdə qərarlaşıb. O, "Rusiya" bankının əsas səhmdarlarından birinin həyat yoldaşıdır.
Beşliyə milyarder Dmitriy Rıbolovun keçmiş arvadı Yelena Rıbolova və "Proqres" şirkətinin səhmdarı Olqa Belyatseva daxil olub.