03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Senatda çaxnaşma: Ərdoğan “çəkilin” dedi, biz də çəkildik!

24.10.2019

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Senatın Beynəlxalq Münasibətlər Komitəsində Türkiyənin "Sülh çeşməsi” əməliyyatı ilə bağlı sualları cavablandırıb.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, respublikaçı senator Mitt Romni görüş zamanı Cefriyə bu sualı ünvanlayıb:
"Yəni Ərdoğan ABŞ Prezidentinə zəng edib, "biz gəlirik, qarşımızdan çəkilin” dedi və biz dərhal çəkildik?”
Cefri isə senatorun sualına cavab verərək sözügedən addımın məntiqli olduğunu vurğulayıb:
"Bir növ elə oldu. Çəkilən dəstələrimiz türklərin girmək istədiyi ərazidə idi. Atəş arasında qalmamaq üçün edilmiş məntiqli bir həmləydi”.
Bu zaman digər senator Ben Kardin ABŞ-ın bölgəni tərk etməyəcəyi halda Ankaranın bu əməliyyatı keçirib-keçirməyəcəyi ilə bağlı Ceyms Cefriyə sual ünvanlayıb.
"Bəli, Türkiyə bunu edərdi. Uzun müddətdir deyirdilər. Edərdilər”, - Cefri suala cavabında deyib.