03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AZALdan "Payız endirimləri"

23.10.2019

"Azərbaycan Hava Yolları" (AZAL) "Payız endirimləri" çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir.
2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlərin uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilmişdir):

Küveyt - 159 avro
Antalya - 169 avro
İstanbul - 179 avro
Dubay - 179 avro
Almatı - 189 avro
Ankara - 189 avro
Tel-Əviv - 229 avro
Berlin - 269 avro
Milan - 289 avro
Paris - 299 avro
Ciddə - 309 avro
London - 389 avro
Nyu-York - 439 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.
Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.
Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.
Uçuşlar 2019-cu il 1 noyabr - 7 dekabr tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində "AZAL Miles" bonus proqramından istifadə etmək mümkündür. Bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az saytında təqdim edilmişdir.
Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.
Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı və yaxud saytımızda əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz.