01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur professordan şok : basdırma çox faydalıdır...

23.10.2019

Türkiyəli professor Canan Karatay basdırmanın çox faydalı olduğunu iddia edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn kardiloq bu dəfə ət mövzusuna toxunub.
"Kayserinin basdırması çox dadlıdır, amma xarab olmasın. Basdırma çox xeyirdir, çünki bişmənmiş ətdir. Ət öz yağı və qırmızı ət proteinləri ilə birlikdə yeyildiyi halda faydalıdır. İnsan bədənindəki ət də yağlıdır, əzələ, ürək və beyin yağla çalışır. Odur ki, basdırma insan bədəninə bu şəkildə daxil olduğu zaman qorxmayın, bu ət xolesterini yüksəltmir. Təəssüf ki, onu illərlə qadağan etdilər”.
Daha sonra kardioloq ətin xərçəngə səbəb olması iddialarına aydınlıq gətirib:
"Təbii və içində qatqı maddəsi olmayan bütün qırmızı ətlər sağlamdır, amma qatqı maddəsi qatılan qırmızı ətlər xərçəng yaradır. Mən bir feldşer kimi bunu deyirəm. Qırmızı ət kanserogen deyil, qırmızı ətə qatılan kimyəvi maddələr kanserogendir. Bu yaxınlarda basdırma və kolbasaya ağ ət qatıldığı iddia edildi. Hansı ağ ətdən danışılır? Toyuq da, donuz da ağ ətdir. Bunları istehsal edən və xalqı aldadan müəssisələr bağlasınlar bağlatdırmaq lazımdır ki, ölkədə namusla dürüst çalışanlar çoxalsın".