01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ət ucuzlaşa bilər

23.10.2019

2020-ci ildən Azərbaycanda heyvan ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, bu məsələ "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Amma vergi güzəşti kəsilmiş və dondurulmuş heyvan ətləri istisna olmaqla, emala göndərilən ətə aid deyil. Sənəddə, həmçinin quş ətinin satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin ƏDV-dən azad edilməsi ilə bağlı 2017-ci ildən tətbiq edilən qaydanın müddətinin 2023-cü ilin sonuna qədər uzadılması təklif olunur.