Pompeo Türkiyəni hədələdi:  Rusiyadan CAVAB 
    
                          
     
                         22.10.2019
 
    
                        ABŞ Türkiyəyə qarşı hərbi güc tətbiq etməyəcək.
Bunu TASS agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib. O, Vaşinqtonun son bəyanatla öz qətiyyətini və kürdləri (YPG nəzərdə tutulur – red.) unutmadığını göstərməyə çalışdığını bildirib.
Kosaçev Pompeonun son bəyanatının ABŞ-ın niyyətindən daha çox, Ərdoğanla polemikanın Pompeo səviyyəsində davam etdirilməsinə cəhd xarakteri daşıdığına bənzədiyini bildirib.
Qeyd edək ki, bundan öncə Pompeo ABŞ-ın Türkiyəyə qarşı hərbi güc tətbiq edə biləcəyini iddia edib. Amma o, hərbi gücün tətbiqinə Türkiyənin hansı addımlarının səbəb ola biləcəyini açıqlamayıb.