Jirinovski:  Rusiyada çoxarvadlılıq tətbiq edilməlidir 
    
                          
     
                         22.10.2019
 
    
                        Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bütün Rusiya ərazisində çoxarvadlılığın tətbiqini təklif edib.
Bunu Jirinovski Rusiya Dumasındakı dəyirmi masada çıxışı zamanı söyləyib. O, çoxarvadlılığın demoqrafik problemləri həll edə biləcəyini vurğulayıb:
"Slavyanlar çoxarvadlı olub. Bunu niyə məhv etdiniz? İndi bizim 1 milyard əhalimiz olardı. Bunu inkar etmək olmaz, ona görə də biz heç vaxt demoqrafik problemi çoxarvadlılıq olmadan həll edə bilmərik”.