“Taliban”la toqquşma:  15 polis öldürüldü 
    
                          
     
                         22.10.2019
 
    
                        Əfqanıstanın şimalında baş vermiş toqquşmada 15 polis əməkdaşı ölüb.
Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Bu gün səhər saatlarında "Taliban” hərəkatının 10-a yaxın üzvü Əfqanıstanın Qunduz vilayətində nəzarət-buraxılış məntəqəsinə hücum edib.
Hücum nəticəsində 15 polis əməkdaşı həlak olub, 8 terrorçu isə zərərsizləşdirilib.