09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mədət Quliyev veloyürüşdə - FOTOLAR

30.04.2018

Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların baş tutduğu Bakı trekində, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.
DTX-dan verilən xəbərə görə, Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilmiş veloyürüşdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və Qazaxıstanın velosiped idmanı üzrə Olimpiya çempionu Aleksandr Vinokurov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər. 
"DM"