03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan hərbi xərclərini artırır

18.10.2019

2020-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri məlum olub.
Bu barədə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində bildirilib.
Bu sahələr üçün 5 milyard 826 milyon 700 min manat vəsait nəzərdə tutulub. Bu isə 2019-cu illə müqayisədə 1 milyard 70 milyon 700 min manat çoxdur.
Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 3 milyard 856 milyon 600 min manat yönəldiləcək. Bu isə 2019-cu illə müqayisədə 666 milyon manat artıqdır.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün isə  1 milyard 973 milyon 100 min manat ayrılacaq. Bu isə 2019-cu illə müqayisədə 404 milyon 800 min manat çoxdur.