04 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən Avropaya son XƏBƏRDARLIQ

16.10.2019

"Sülh çeşməsi” əməliyyatımızın başlanması ilə birlikdə PKK ünsürlərinin, xüsusən Avropa ölkələrində zorakılıq xarakteri daşıyan aksiya və fəaliyyətlərin davam etdiyini qayğı ilə izləyirik.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi informasiya yayıb.
"Türk toplumunun iş yerləri və evlərinə, məscidlərimizə, nümayəndəliklərimizə və təmsilçilik əməkdaşlarımıza qarşı edilən terror xarakterli hücumlara qarşı etinasız qalmağın izahı ola bilməz. Əlaqədar ölkələrdən xaricdəki diplomatik və konsul təmsilçiliklərimizin, vətəndaşlarımızın, personalımızın can və mallarının təhlükəsizliyinin qorunması və türklərin mənfəətinə xələl gəlməməsi üçün görülən tədbirlərin artırılması və məsələ ilə bağlı həssaslıq göstərilməsi ilə bağlı gözləntilərimizi xatırladırıq”, - Türkiyə DİN bildirib.