25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Türk komandosların idmançılara “salam” cavabı - VİDEO

16.10.2019

Türkiyənin "Sülh çeşməsi” əməliyyatına qatılan komandoslar Suriyanın Tel-Abyad bölgəsindən türk xalqına və idmançılarına salam göndərib.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyinin Yutub kanalı paylaşım edib.
"Çempion olan milli idmançılarımız və milli komandamızın salamlarını aldıq. Gözünüz arxada qalmasın. Bizlər vətənimiz və millətimiz üçün vəzifəmizin başındayıq. Tel-Abyaddan sizlərə və bütün millətimizə salam olsun”, - komandoslar bildirib.
Xatırladaq ki, Türkiyənin "Sülh çeşməsi” əməliyyatı başladıqdan sonra bir çox türk idmançı hərbi salamla türk ordusuna dəstəyini nümayiş etdirib.