02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Havanı çirkləndirən metaləritmə sexi cərimələndi

15.10.2019

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən Az Lead MMC-yə məxsus metaləritmə zavodundan atmosferə tullantılar atıldığı məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, şikayət əsasında araşdırma və monitorinq keçirilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.
Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.
Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.