02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Ronaldu nə deyirdisə, hakim onu edirdi" - Ukraynalı futbolçu

15.10.2019

Ukrayna milli komandasının yarımmüdafiəçisi Taras Stepanenko Portuqaliya ilə AÇ-2020-nin seçmə mərhələsindəki oyunu (2:1) şərh edib. 
Bu qələbədən sonra Andrey Şevçenkonun komandası Avropa çempionatına vəsiqə qazanıb:
"Bu gün böyük iş gördük. AVRO-2020-yə 1-ci yerin sahibi kimi yollanırıq. Oyun olaraq da buna layiq idik. Təəssüf ki, hakim mübarizə aparmağa imkan vermədi. Bu hakim məni "Ayntraxt"la oyunun (Ötən mövsüm Avropa Liqasındakı "Şaxtyor" - "Ayntraxt" matçı nəzərdə tutulur) 10-cu dəqiqəsində meydandan qovmuşdu. İndiyə qədər gördüyüm ən qorxaq referidir. İlk sarı vərəqə aldığım epizodda ümumiyyətlə, rəqibə toxunmamışdım, orada Yaremçuk qaydanı pozmuşdu. Biz hər ikimiz ona bunu dedik.
Penalti? Mən sürüşmə fəndini yerinə yetirirəm, top buduma sonra əlimə dəyir və oyun davam edir. Ronaldu hakimin üstünə qaçır, deyir "penalti" və bir neçə saniyədən sonra referi 11 metrlik nöqtəni göstərir. Kriştianu bu oyunda nə deyirdisə, o, edirdi. Bu dərəcədə əyilmək olmaz".
Qeyd edək ki, Ukrayna - Portuqaliya oyununu ingiltərəli Entoni Teylor idarə edirdi.