07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vasim Məmmədəliyev DÜNYASINI DƏYİŞİB

14.10.2019

Azərbaycanın əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli akademik Vasim Məmmədəliyev vəfat edib.
Akademikin qardaşı, tanınmış tarzən Vamiq Məmmədəliyev onun 21:55-də dünyasını dəyişdiyi haqda paylaşım edib.
Mərhumun qızı Sunay Məmmədəliyeva Kult.az-a bildirib ki, vida mərasiminin vaxtı və məkanı hələ dəqiqləşməyib.
"Bu haqda məlumat sabah ictimaiyyətə açıqlanacaq", - o bildirib.
Qeyd edək ki, 1942-ci ildə Bakıda həkim ailəsində anadan olan Vasim Məmmədəliyev 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib.
1978-ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın "Əməkdar elm xadimi" fəxri adına layiq gorülüb. 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif edilən alim 2007-ci ildə Milli Elmlər Akademiyasının akademiki seçilib.
20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib.
Akademik "Ərəb ədəbi dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" adlı əsərləri ilə ərəb dilçiliyinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb.