06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həyəcan təbili: Bunları içməyin!

13.10.2019

Uşaqları narkotik maddə, alkoqollu və enerji içkiləri, eyni zamanda tütün məmulatlarından qorumaq lazımdır.
Report xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin "Liderlik Məktəbi"ndə yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda digər ölkələrə nisbətən uşaqlar arasında narkomaniya az yayılıb: "Amma elə ölkələr var ki, orada gənclər arasında narkomaniya daha geniş vüsət alıb. Biz narkomaniya ilə mübarizə apararkən ilk olaraq bunun səbəblərini araşdırmalıyıq. Nə baş verir ki, gənclərdə narkomaniyaya meyillilik yaranır? Bu, insanda asılılıq yaradan pis vərdişdir. Deyə bilərəm ki, bəzi hallarda gənclər buna məşğuliyyətsizlikdən qurşanır".
E.Karvardin bildirib ki, narkotik maddələr kimi alkoqollu içkilər və tütün məmulatlarının da uşaq və gənclərə zərərli təsirləri var: "Amma bütün bunlardan daha çox zərərli təsiri olan energetik içkilərdir. Enerji içkilərinin tərkibində olan bəzi maddələr uşaqların sağlamlığına çox mənfi təsir göstərir. Uşaqların bizim gələcəyimiz olduğunu nəzərə alsaq, o zaman bu vərdiş və asılılıqlardan onları qorumalıyıq. Ona görə də valideynlər bu məsələ diqqətli olmalıdır"