04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətəndaşlar neftin bahalaşmasına sevinirlərmi? - VİDEOSORĞU

12.01.2018

Neftin dünya bazarındakı qiyməti artmaqda davam edir. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 69,28 dollara yüksəlib.

2014-cü ilin dekabr ayından bəri ilk dəfə olaraq Brent markalı neftin 1 barelinin dəyəri 70 dollara qalxıb.
Bu artım iqtisadiyyatı neftdən asılı olan ölkələri, o cümlədən Azərbaycanı sevindirir. Lakin neftin bahalaşmasından narahatlıq keçirənlər də var. Onlar düşünür ki, bu, qeyri-neft sektorunun inkişafını, iqtisadi islahatların sürətini zəiflədə bilər.
Bəs, Azərbaycan xalqı neftin bahalaşmasına sevinirmi? Neftin qiymətlərinin ucuzlaşmasını birbaşa olaraq gündəlik həyatında, hətta ərzaq səbətində hiss edən vətəndaşlar, indi neftin bahalaşması ilə vəziyyətin düzələcəyinə ümidlidirlərmi?
Musavat.com-un müxbiri bu sualla paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlər arasında "qara qızıl”ın bahalaşmasına sevinənlərlə yanaşı, bunun sadə insanlara heç bir təsirinin olmayacağını düşünənlər də oldu.
Sorğu iştirakçılarının əksəriyyəti isə pensiya və sosial müavinətlərdə artım olacağı təqdirdə, neftin bahalaşmasına sevinə biləcəklərini dilə gətirdilər.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz./musavat/