29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə və Rusiya nə vaxt ittifaq qurubsa... - AÇIQLAMA

12.10.2019

Türkiyə və Sovetlər Birliyinin bir-birinə ehtiyacı var idi, tarix təbii bir ittifaq yaratmışdı. Hər iki ölkə də əməkdaşlıq edərək uğura nail oldu.
Bu açıqlama ilə türkiyəli professor, tarixçi Məhməd Perinçək çıxış edib.
"Türkiyə və Rusiyanın tarixinə baxdıqda, bir eyniyyətlə qarşılaşırıq. Nə vaxt Türkiyə və Rusiya rəqabət aparıbsa, ya da savaşıblarsa, hər iki ölkə bu vəziyyətdən zərərli çıxıb. Rusiya-Türkiyə müharibəsinin qalibi hər zaman Qərb ölkələri olub. Hətta Osmanlı dövrü də daxil olmaqla, Qərbin regiondakı planlarını həyata keçirməkdə əsas strategiyası Türkiyə və Rusiyanı savaşdırmaq olub. Həm Türkiyə və Rusiya savaşanda bu potensial ittifaq əngəllənib, həm də hər iki ölkə müharibə nəticəsində zəif düşüb. Bu şəkildə də Qərb ölkələri öz planlarını bölgədə rahat bir şəkildə həyata keçirmək imkanı əldə edib.
Əlbəttə, bu vəziyyətin tərsi də olub. Belə ki, iki ölkənin əməkdaşlıq etdiyi vaxtlarda Oktyabr İnqilabı və İstiqlal Savaşı uğurla nəticələnib", - Perinçək qeyd edib.