29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MDB liderlərinə maraqlı TƏKLİF

11.10.2019

MDB ölkələri ticarət müharibələri şəraitində özlərini valyuta risklərindən qorumalıdırlar.
Xəbəbr verildiyi kimi, bunu Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının iclasındakı çıxışında deyib. O, MDB ölkələrinin gələcəkdə vahid maliyyə bazarının formalaşdırılması barədə düşünmələri gərəkdiyini bildirib.
Putin vacib aspektin milli valyutalarla hesablaşma olduğunu vurğulayıb:
"Bu gün bütün dünyanın üz-üzə qaldığı problemləri nəzərdə tuturam. Biz bunu görürük. Bu, ticarət müharibələri, fərqli məhdudiyyətlərin nəticəsidir və biz özümüzü valyuta risklərindən zəmanət altına almalıyıq. Valyuta sferasında əməkdaşlığı inkişaf etdirmək, valyuta siyasətini razılaşdırmaq lazımdır. Əgər buna müsbət yanaşsaq, ümumi maliyyə bazarının formalaşmasından danışa bilərik. Əminəm ki, bu bizim ümumi rəqabət qabiliyyətimizin artmasının xeyrinə olacaq”.