08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp: “Koreyada yaxşı şeylər baş verir, lakin...”

28.04.2018

"Koreya müharibəsi bitəcək! ABŞ və onun bütün gözəl insanları hazırda Koreyada baş verənlərdən qürur duymalıdır”.
"Dövran Media"nın xəbərinə görə, bunu ABŞ dövlət başçısı Donald Tramp "Twitter”də Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşünə münasibət bildirərkən deyib. O bildirib ki, raket buraxılışları və nüvə sınaqları ilə keçən ağılsız illərdən sonra Cənubi Koreya və Şimali Koreya liderləri arasında tarixi görüş keçirilib: "Yaxşı şeylər baş verir. Lakin bundan sonrasını zaman göstərəcək”.
Qeyd edək ki, Şimali və Cənubi Koreya liderləri  "Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi” imzalayıblar. Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır və Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayacaq.