03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk ordusu Suriyaya girdi, minlərlə əsgər... - FOTO

09.10.2019

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Sülh bulağı" hərbi əməliyyatlarına start verib.
Bu barədə "Bloomberg” türk rəsmilərinə istinadən informasiya yayıb.
Agentliyin məlumatına görə, ordunun kiçik bir qrupu Tal Abyad və Ras əl-Ayn şəhərlərinə yaxın sərhəd boyu iki nöqtədən Suriya torpaqlarına daxil olub.
TRT xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bir neçə dəqiqə əvvəl əməliyyatla əlaqədar hələ hazırlıq işlərinin davam etdiyini açıqlamışdı.
Qeyd edək ki, Türkiyə ordusuna Azad Suriya Ordusunun Həmzə Tüməni ağır silahlarla dəstək verəcək.
Ceylanpınarda yerləşdiriləcək 14 min əsgər mərhələli şəkildə hərəkata qatılacaq.
/publika.az/