Maradona baş məşqçilikdən  istefa verib 
    
                          
     
                         28.04.2018
 
    
                        Əfsanəvi futbolçu Dieqo Armando Maradon Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Füceyrə” futbol komandasının baş məşqçi postundan istefaya verib.
"Dövran Media" xarici KİV-ə istinadən xəbər verir ki, istefaya səbəb 57 yaşlı argentinalı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi göstərilir.
BƏƏ çempionatının ikinci divizionunda çıxış edən "Əl-Füceyrə” yüksək liqaya vəsiqə qazana bilməyib.