03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Messi: "Neymar “Barselona”ya qayıtmasa..."

09.10.2019

"Mən düşünürdüm ki, Neymar "Barselona”ya qayıtmasa, "Real”a keçəcək”.
Bunu Argentina millisinin və İspaniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi deyib.
Cənubi amerikalı klubdakı sabiq komanda yoldaşı Neymar barədə fikirlərini açıqlayıb. O bildirib ki, yayda PSJ-dən ayrılacağı gözlənilən braziliyalının "Real”a keçəcəyini fikirləşirmiş: "O həqiqətən də PSJ-ni tərk etmək istəyirdi. Neymar bu barədə demişdi. Fikirləşirdim ki, Florentino Peres və "Real” onunla müqavilə bağlamaq üçün hər şey edəcək”.
Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona”dan PSJ-yə 222 milyon avroya keçib.