29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Muradın “neft dövlətindir” fikrinə - deputatdan CAVAB

09.10.2019

Xalq artisti Murad Dadaşovun "Popumuz var” verilişində neft haqqında danışarkən, "Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən?” deməsi ictimaiyyətdə bir neçə gündür ciddi müzakirə edilir. Aralarında ictimai-siyasi şəxslərin də olduğu bir çoxları xalq artistini bu fikrinə görə ciddi tənqid edir.
Məsələyə münasibət bildirən millət vəkili Musa Quliyev Axar.az-a açıqlamasında bildirib ki, Azərbaycanın qara qızılı – nefti ilə bağlı Ümummilli lider Heydər Əliyev vaxtında dəqiq strategiya müəyyənləşdirib:
"Hər kəs bu məsələdə öz fikrini bildirə bilər. Murad Dadaşov nə iqtisadçı, nə də siyasətçidir. Dövlət strukturunda təmsil olunmur, azad, sərbəst adamdır və öz fikrini söyləyib. Səhv də danışa bilər, düz də. O ki qaldı neft strategiyasına, bu məsələdə dövlət siyasətinin əsasını, nüvəsini Heydər Əliyev müəyyənləşdirib. Azərbaycanın qurucusu bildirib ki, neft xalqın milli sərvətidir”.
Millət vəkili qeyd edib ki, Heydər Əliyev neft strategiyasını bu cür xarakterizə edib:
"Azərbaycanın yeni neft strategiyasının əsas mənası, əsas prinsipləri ölkənin zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Bunu Heydər Əliyev dedikdən sonra Murad Dadaşovun sözlərinin nə əhəmiyyəti var?!”