08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

General Mehdiyev gömrükçüləri topladı

27.04.2018

Bu gün Dövlət Gömrük Komitəsində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Komitədən yayılan məlumata görə, müşavirədə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilk növbədə gömrük orqanlarına göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və gömrük orqanlarının işinin daha da səmərəli qurulması istiqamətində səylərin artırılacağını vurğulayıb.
Komitə sədri qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, Azərbaycanın tranzit potensialının gücləndirilməsi, turizmin inkişafına dəstək verilməsi, gömrük işinin təşkili zamanı şəffaflığın tam təmin olunması və mövcud problemlərin ən qısa zamanda aradan qaldırılması barədə konkret tapşırıqlar verib.
S. Mehdiyev xüsusilə idxal-ixrac əməliyyatları zamanı şəffaflığın təmin olunması, bu istiqamətdə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə sıx əlaqələrin qurulması, təbliğat və maarifləndirmə işlərinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonda müşavirədə qaldırılan məsələlərlə bağlı təkliflər dinlənilib və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.