29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hava şarı partladı: Ölən var - VİDEO

08.10.2019

Çinin Şandun əyalətindəki parkda ana və övladı faciəvi şəkildə ölüblər.
Hadisə yerindən kadrlar "Daily Mirror” qəzeti tərəfindən yayımlanıb.
Oktyabrın 1-də 31 yaşlı çinli qadın üç yaşlı oğlu ilə hava şarında gəzmək qərarına gəlib. Şar 50 metr hündürlüyə qalxdıqdan sonra qəzaya uğrayıb.
Kadrlardan cütlüyün əvvəlcə şarda necə oturduğu, kameralara əl elədiyi görünür. Elə bu vaxt qəfildən şar sürətlə yuxarı qalxır və gözdən itir. Səlahiyyətlilər şarın partladığı və ana-oğulun öldüyünü bildiriblər.
Polis uçuşun təşkili ilə məşğul olan beş nəfəri həbs edib. Sahəvi parkı müvəqqəti bağlayıblar, faktla bağlı araşdırma aparılır. Anonim mənbələrə görə, polis şarların qanunsuz fəaliyyət göstərdiyini aşkar edib.