29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputat: Əli Əsədovun vacib xidmətləri olub

08.10.2019

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə çevik siyasət həyata keçirilir. Ümummilli lider hər kəsin qarşısında proqram qoyaraq, öz fəaliyyəti və həyat tərzi ilə sübut etdi ki, istənilən hər kəs öz işinin, vəzifəsinin öhdəsindən layiqincə gəlirsə, onu görüb qiymətləndirirlər.
Bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. 
Əli Əsədovun Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı təbrik edən S.Novruzov qeyd edib ki,Ə. Əsədov Avropa-Azərbaycan iqtisadi münaibətlərinin qurulmasında çox yaxından iştirak edib, qanunvericiliyimizin Avropa standartlarına uuğunlaşdırılmasında yaxından iştirak edib: 
"Daha sonra Ulu öndərin, eləcə də, Azərbaycan prezidentinin köməkçisi kimi onun xidmətləri olub. Əli Əsədov Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsində işçi qrupunun rəhbəri olub.
Onun Azərbaycan üçün vacib layihələrdə xidmətləri olub. Bununla yanaşı, ölkə başçısının yaxın köməkçisi kimi kənd təsərrüfatının, iqtisadi sektorda keçriilən islahatlarda mühüm payı var”.