29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət başçısı niyə məhz Əli Əsədovu seçdi?

08.10.2019

Bu gün Milli Məclisin gündəliyinə daxil olan 14 məsələnin birincisi Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Heydər oğlu Əsədovun baş nazir vəzifəsinə namizədliyinin təqdiqlənməsi olacaq.
Bu barədə rəsmi məlumat yayılandan və Baş nazir Novruz Məmmədovun istefa verəcəyi təsdiqlənəndən sonra təhlillər başlayıb. Müzakirə isə budur: Prezident İlham Əliyev niyə Baş nazir vəzifəsinə məhz Əli Əsədovun namizədliyini irəli sürüb?
Mövzu ilə bağlı danışan politoloq Fikrət Sadıqov bildirib ki, Ə.Əsədovun baş nazirliyə təqdimatı hər şeydən öncə Prezidentin qərarıdır və görünür, Prezident indiki məqamda bu təyinatı məqbul sayır:
"Mənim fikrimcə də Əli Əsədov peşəkar iqtisadçıdır, inşaat məsələləri ilə məşğul olan biridir. Dəfələrlə dövlət başçısının tapşırığı ilə bir sıra inşaat obyektlərinə o rəhbərlik edib. Düşünürəm ki, bu, çox yerinə düşən bir namizəddir. Çünki Əli Əsədovla bir neçə il əvvəldən tanışlığımız var. Bilirəm ki, çox məsuliyyətli, savadlı bir şəxsdir. İqtisadçı olduğu üçün bu sahədə fəaliyyəti fayda verəcək, bu sahəni öz üzərinə götürərək, dövlət başçısına iqtisadi islahatların tətbiqində kömək olacaq. Fikrimcə, Ə.Əsədov bu sahədə müəyyən yeniliklərə də nail ola bilər”.
F.Sadıqov qeyd edib ki, əslində, N.Məmmədovun təyinatı gözlənilməz sayıla bilərdi:
"Novruz Məmmədov çox layiqli insandır və öz sahəsinin peşəkarıdır. Əlbəttə, keçid dövrü üçün fəaliyyətini də müsbət qiymətləndirmək olar. Ancaq indiki mərhələdə baş nazir ixtisaslı və bu sahənin peşəkarı olmalıdır və buna da qərar verilib”.

Yenilənəcək...