29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

20 milyon dollara teleserial çəkiləcək - Özbəkistanda

08.10.2019

Gələn il Özbəkistanda "Sultana” adlı tarixi televiziya serialının çəkilişlərinə başlanılacaq.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, birinci mövsümdə çəkiləcək 6 hissənin büdcəsi 20 milyon dollardır. Sonra isə ikinci mövsümün büdcəsi tutulacaq və o da təxminən bu qədər olacaq.
"Özbəkturizm” Dövlət Agentliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu fikirlər serialın çəkilişləri ilə bağlı Daşkənddə "Star Media” şirkətinin baş prodüseri Vladislav Ryaşin və onun tərəfdaşı, tanınmış Fransa-Amerika prodüseri Jan Şarl Levi ilə görüşdə səslənib.
Tarixi serialın çəkilişləri Səmərqənd, Buxara və Xivə şəhərlərində aparılacaq, aktyorların əksəriyyəti Hollivuddan gətiriləcək. Serial ingilis dilində səslənəcək, sonra özbək və digər dillərə tərcümə olunacaq. Hadisələr XVII əsrdə bu qədim şəhərlərdə cərəyan edir.