01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus ordusunun ən güclü tankları - Siyahı

07.10.2019

ABŞ-ın nüfuzlu "Nəşnl İnterest” nəşri SSRİ və Rusiyada hazırlanmış ən yaxşı tankların siyahısını açıqlayıb.
Siyahının lideri T-14 "Armata" tankı seçilib.
Nəşr "Armata”nın dünyanın ən təhlükəli tankı olduğunu yazıb. Siyahının ikinci pilləsində T-95 tankı qərarlaşıb. Mütəxəssislər onu ən ölümcül rus tankı kimi xarakterizə edib.
T-90 tanklarının isə rus ordusunun üçüncü nəsil tankları arasında ən geniş yayılan hərbi texnika olduğu qeyd edilib.
Dördüncü pillədə qərarlaşan Т-54/Т-55 tanklarının Suriyadan tutmuş İraqa qədər dünyanın müxtəlif bölgələrindəki müharibələrə cəlb olunduğu və onların dünyanın ən təcrübəli tanklarından sayıldığı bildirilir.
Əfsanəvi beşliyin sonuncusu isə T-34 tankları seçilib. Bu tankların daha qalın zirehləri ilə faşistlərlə mübarizədə ön plana çıxdığı qeyd edilir. Bundan əlavə T-34-lər dünyada ən çox itkiyə məruz qalmış tanklar hesab olunur. Nəşr bu amili həmin dövrdə tankçıların zəif hazırlığı ilə izah edir.