01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ çəkildi, Ankara bu qruplarla üz-üzə qaldı - Politoloq

07.10.2019

ABŞ-ın müəyyən məntəqələrdən öz qüvvələrini geri çəkməsi istənilən halda Vaşinqton-Ankara münasibətlərinə təsir göstərəcək.
Bu sözləri açıqlamasında politoloq Vüqar Zifəroğlu ABŞ ordusunun Suriyanın Türkiyə sərhədinə yaxın bölgələrindən geri çəkilmə xəbəri haqqında danışarkən deyib. O bildirib ki, ABŞ öz qüvvələrini geri çəksə də, Türkiyənin hərbi əməliyyatlara başlamasına müsbət yanaşmır:
"Türkiyə yeni hərbi əməliyyatlar başlaması ilə bağlı əvvəlcədən anons vermişdi. Hətta konkret yol xəritəsinin olduğunu da açıqlamışdı. Bundan sonra ABŞ-dan reaksiya gəldi ki, Türkiyənin bu formada Suriyada əməliyyat keçirməsinə müsbət baxmır və Ankaranı bu əməliyyatdan çəkinməyə çağırır. Düşünürəm ki, ABŞ geri çəkilərək, müəyyən mənada manevr imkanları qazanmağa çalışır. Həmçinin, Vaşinqton qoşunlarını geri çəkməklə Türkiyəni kürd qruplaşmaları ilə qarşı-qarşıya qoymaq istəyir.
ABŞ-ın kürd qruplaşmalarına yardım etməsini nəzərə alsaq, bölgədə təhlükəli vəziyyətin yaranacağına şahid ola bilərik. İstənilən halda keçirilən əməliyyatların nəticəsindən çox şey asılı olacaq”.
Qeyd edək ki, Suriya Demokratik Qüvvələri ABŞ əsgərlərinin hərbi maşınlarla sərhəd bölgəsini tərk edərək Ayn İsa bölgəsinə çəkildiyini açıqlayıb