27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pompeodan Kiyevə TƏZYİQ

07.10.2019

ABŞ administrasiyasının Ukrayna rəhbərliyindən korrupsiya faktının araşdırılmasını tələb etməsi məntiqli və məsuliyyətli addımdır.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
"Biz Ukraynada nə etdiyimizi dəqiq bilirik. Biz çalışırıq ki, korrupsiyalaşmış hökumətin olmayacağı vəziyyət formalaşdıraq. Biz əmin olmaq istəyirik ki, onlar (ukraynalılar) 2016-cı ildə bizim seçkiyə müdaxilə etməyiblər”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Trampın Ukrayna Prezidenti Vladimir Zelenskidən Baydenin oğlu ilə bağlı korrupsiya işinin yenidən gündəmə gətirilməsini istəyib. Bundan sonra demokratların Trampa qarşı ittihamları artıb, Bayden isə heç bir korrupsiya əməliyyatında iştirak etmədiyini açıqlayıb.