03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ qorxur ki, Türkiyə NATO-dan çıxsa... - Ekspert

05.10.2019

ABŞ-ın Yunanıstandakı yeni hərbi bazaları Türkiyə istisna olmaqla, NATO üzvlərini qoruyacaq.
Bu sözləri rusiyalı siyasi ekspert Aleksey Fenenko deyib.
Onun sözlərinə görə, ABŞ 15 ildir ki, Yunanıstanla belə bir razılaşma imzalamağı planlaşdırırdı:
"2003-cü ildə Türkiyə və ABŞ-ın yollarının ayrıldığı məlum oldu. Bunun bir neçə səbəbi var: Əvvəla, ABŞ İraqın işğalı zamanı Kürdüstan yaratmağı seçdi ki, bu da Türkiyə üçün təhlükəli idi. İkincisi, Türkiyəyə qarşı ərazi iddiasında olan Bolqarıstan NATO-ya qəbul edildi. Üçüncüsü, Türkiyə bir neçə dəfə İraqda PKK-ya qarşı əməliyyatlarına ABŞ-ın mane olmamasını istəsə də, Vaşinqton bunu rədd etmişdi. Türkiyənin tam müstəqil siyasət yürütməsi ABŞ-ın bu ölkəni itiriləcəyi halda, nələrin baş verəcəyini düşünməsinə gətirib çıxarır. Bu səbəbdən Türkiyənin əsas düşməni Yunanıstana müraciət etdilər. ABŞ Türkiyənin NATO-dan çıxması durumunda ittifaqın bütün cənub hava sahəsinin tamamən nəzarətsiz qalacağından qorxur”.