03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qarabağ"ın yerini səhv göstərdilər - daha bir təxribat+ FOTO

04.10.2019

UEFA Avropa Liqasının A qrupunda Lüksemburqda baş tutan "Dudelanj" - "Qarabağ" matçından sonra daha bir təxribat baş verib.
Xəbər verildiyi kimi, dünyaca məşhur "Livescore" saytı turnir cədvəlində "Qarabağ”ın yerini səhv göstərib.
Sayt "Dudelanj" üzərində qələbə sayəsində qrupda faktik 2-ci pilləyə yüksələn "Qarabağ"ı 3-cü sırada göstərib. 2-ci yerdə isə "Dudelanj" qərarlaşıb.
Qeyd edək ki, matçın 31-ci dəqiqəsində meydançaya dron vasitəsilə Qarabağ separatçılarının "bayrağı" endirilmişdi. "Qarabağ" futbolçularının kəskin etirazından oyun yarımçıq saxlanılmış və 25 dəqiqə sonra davam etdirilmişdi.