03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təxribatçı ermənilər - FOTO

04.10.2019

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Düdelanj” – "Qarabağ” oyununda təxribat törədən şəxslər müəyyənləşib.
"Qafqazinfo” xəbər verir ki, təxribatı Ermənistanın "First Armenian Front” fan klubu törədib.
Həmin azarkeşlər Belçikadan Lüksemburq paytaxtına gələrək bunu ediblər. Məqsədləri də oyunun yarımçıq dayandırılmasına nail olmaq imiş.
Fan-klub bununla bağlı sosial şəbəkələrdə paylaşım da edib.
Xatırladaq ki, "Düdelanj” – "Qarabağ” matçının 31-ci dəqiqəsində Ağdam təmsilçisi 2:0 öndə olarkən stadionun üzərində dronla Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin "bayrağ”ı uçurulub. Buna görə görüşdə fasilə yaranıb.
Bərpa olunan matç isə "Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.