03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Obamalardan romantik paylaşım - FOTO

04.10.2019

55 yaşlı Mişel və 58 yaşlı Barak Obama evliliklərinin 27-ci ildönümünü qeyd ediblər.
Bu hadisə münasibətilə ABŞ-ın keçmiş prezidenti və ölkənin keçmiş birinci xanımı "Instagram” izləyiciləri ilə şəxsi arxivdəki fotolarını paylaşıb.
"27 il əvvəl bu oğlan mənə həyat dolu bir macəra vəd etdi... İl dönümümüz mübarək, Barak...”, - Mişel ərini sosial şəbəkədə təbrik edib.
Barak Obama isə öz növbəsində "Instagram” hesabında həyat yoldaşı ilə romantik bir şəkil paylaşaraq "The Beatles” qrupundan sitat gətirib:
"The Beatles” deyir ki, getdikcə daha da yaxşı olur. 27 heyrətamiz il üçün təşəkkür edirəm, sevgilim”.
Barak Obama səkkiz il ABŞ-ın prezidenti olub. Dövlət başçısı vəzifəsindən gedərək uzun tətilə çıxıb. Bu yaxınlarda isə məşhur cütlüyün başı kitab yazmağa qarışıb, həmçinin, onlar "Netflix”lə film və televiziya şouları hazırlamaq üçün müqavilələrə imza atıblar.