03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda Azərbaycan bayrağına yer tapılmayıb - VİDEO

04.10.2019

Oxu.Az xəbər verir ki, oktyabrın 2-də İranda Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of Iran” velosiped yarışı başlayıb. I mərhələsi Təbrizdə start götürən veloturda Azərbaycan yığma komandası da iştirak edir.
Təqdimat mərasimi bizim üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, yarışda iştirak edən ölkələrin bayraqları içərisində Azərbaycan bayrağına nədənsə yer tapılmayıb.
Belə olduqda nümayəndə heyətimizin rəhbəri, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov Azərbaycan bayrağı tribunaya gətirilməyincə tədbirə qatılmayacaqlarını bildirib. Məhz bu tələbdən 40 dəqiqə sonra bayrağımız iştirakçı ölkələrin bayraqları ilə yanaşı qaldırılıb və həm komandamız, həm də nümayəndə heyətimiz təqdimat mərasimində iştirak edib.