03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu rayonlarda qaz olmayacaq

04.10.2019

Oktyabrın 4-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işləri aparılacaq və bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.
 "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, saat 10:00-dan etibarən SOCAR-ın "Qaz İxrac” İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirərkən isə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış mənqəsinin qaz təchizatı dayandırılacaq.
Bundan başqa, saat 10:00-dan 16:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində "Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qaz təminatında fasilələr olacaq.