03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

1000 manatdan çox maaşı olan müəllimlərin SAYI

04.10.2019

Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb.
Təhsil Nazirliyindən  verilən məlumata görə, son illərdə müəllimlərin aylıq vəzifə maaşı iki dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb.
2019-2020-ci tədris ili üzrə daha 30 min müəllimin müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur.
Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə üç dəfədən çox artaraq təqribən 55 min olub.
Ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.