03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə və ABŞ razılığa gəlmədilər

04.10.2019

Türkiyənin müdafiə naziri Hulisi Akarla ABŞ-ın müdafiə naziri Mark Esperin telefon danışığı olub. Nazirlər Türkiyənin cənubunda təhlükəsiz bölgə mövzusunda razılığa gəlməyiblər.
Telefon danışığından sonra Türkiyə Müdafiə Nazirliyindən açıqlama yayılıb. 
Açıqlamada bildirilib ki, Türkiyə tərəfi təhlükəsiz bölgə mövzusunda ərazini 30 kilometr en dairəsində terror təşkilatlarından təmizləməyi, sərhəd boyunca sülh dəhlizi yaratmağı və suriyalı qaçqınların bu ərazilərdə yerləşdirilməsini bir daha təklif edib: "Fərat Qalxanı Hərəkatında 3 mindən çox İŞİD üzvünü zərərsizləşdirən Türkiyə cənubunda terror dəhlizinin yaradılmasına icazə verməyəcəyimizi, ABŞ-dan gözləntimizin PKK/PYD/YPG  terror təşkilatlarına dəstəyinə son qoyması və bu məsələlərdə geçikdirmələr davam edərsə bu əməkdaşlığın bitəcəyi bəyan edildi. Məqsəd sadəcə Türkiyənin milli təhlükəsziliyinin deyil, eyni zamanda bölgədə yaşayan kürdlər, ərəblər, asurilər, xristianlar və yezidilərin də təhlükəsizliyini təmin etmək və ərazidə sülh dəhlizi yaradıb suriyalı qardaşlarımızı öz torpaqlarına göndərməkdir”. 
Açıqlamada daha sonra qeyd olunub ki, təhlükəsiz bölgə mövzusunda Türkiyə tərəfinin ehtiyat planlarının olması ABŞ-la strateji ortaqlığına xələl gətirməməsi, NATO-da müttəfiqlik ruhuna uyğun sülh şəraitində çözülməsi və bu bəyanın təhdid olaraq qəbul edilməməsi arzuolunandır.