03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təklıf: Bu gün "Türk Birliyi Günü" kimi qeyd olunsun

03.10.2019

Dünya Türkologiya Mərkəzi hər il 3 oktyabr tarixinin "Türk Birliyi Günü" kimi qeyd olunması təklifi ilə çıxış edib.
 Trendin verdiyi  xəbərə görə, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Dünya Türkologiya Mərkəzi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasının 10 illiyinə həsr olunan birgə tədbirdə tanınmış türkoloq, tarix elmləri doktoru Məmmədli Güllü Yoloğlu deyib.
Onun sözlərinə görə, bu günün bütün türkdilli ölkələrdə keçirilməsi türkdilli xalqları bir-birinə daha da yaxınlaşdırar.
Azərbaycan Milli Elmlər Akademiyasının İctimai elmlər bölməsinin akademik katibi Nərgiz Axundova təşəbbüsü alqışlayıb.
Tədbirdə həmçinin Dünya Türkologiya Mərkəzi təsis edilib və onun nizamnaməsi təqdim edilib. İştirakçılar nizamnaməni müsbət qiymətləndirərək onu qəbul ediblər.
Dünya Türkologiya Mərkəzinin rəhbəri G.Yoloğlu qeyd edib ki, birliyin əsas məqsədi türk xalqlarının və türk mədəniyyətindən təsirlənən xalqların tarixinin, ədəbiyyatının, dilinin, etnoqrafiyasının öyrənilməsi üçün dünya türkoloqlarını bir araya gətirmək, onların apardıqları tədqiqatları bir mərkəzdə cəmləşdirməkdir.