İraqda etiraz aksiyası:   ölən və yaralananlar var 
    
                          
     
                         03.10.2019
 
    
                        					İraqda baş verən etiraz aksiyaları zamanı həlak olanların sayı 12-yə, yaralıların sayı isə 650-yə çatıb.
Xəbər verildiyi kimi, bu barədə "Şəfəq” nəşri yazıb.
"Etiraz aksiyaları zamanı 11 etirazçı və 1 təhlükəsizlik işçisi həlak olub. Yaralıların sayı 650-dir. Onlardan 87 nəfəri təhlükəsizlik orqanlarının əməkdaşlarıdır”, - nəşr bildirib.
İraqda baş verən etiraz aksiyaları zamanı 122 nəfər saxlanılıb.