03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oljas Süleymenov Qarabağla bağlı çağiriş etdi

03.10.2019

"Artıq 30 ildir ki, Qarabağ problemi öz həllini tapmır”.
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov deyib.
"O dövrdə SSRİ prezidenti olan Mixail Qobaçovun milli məsələlərdən bir o qədər anlayışı yox idi. Qorbaçov bu cür problemlərin, xüsusən də Qarabağ probleminin yaranmasına kömək edirdi. Buna görə də düşünürəm ki, Qarabağ problemi Qorbaçovun milli respublikalara, xüsusən Azərbaycana qarşı apardığı səhv siyasətin məhsuludur. Bu problemin həllini tapmamasında daha çox o dövrün siyasətçiləri günahkardırlar. Halbuki onlar bu problemin həllinə kömək edə bilərdilər”, - deyə o vurğulayıb.
O. Süleymenov siyasətçiləri və ədəbiyyat adamlarını Qarabağ probleminə biganə qalmamağa çağırıb./apa/