Elçin Quliyev sərhəd döyüş məntəqəsində -   FOTO 
    
                          
     
                         03.10.2019
 
    
                        2019-cu ilin 2-3 oktyabr tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, son günlərdə xidməti ərazidəki əməliyyat şəraiti, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi, düşmənin təxribatlarının qarşısının qətiyyətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.